"Bu yaşda heç kimə türmə həyatını arzulamıram" - Cinayətkar azyaşlılar

"Bu yaşda heç kimə türmə həyatını arzulamıram" - Cinayətkar azyaşlılar
KRİMİNAL
14:09 20.09.2018
4596
Cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır.

Məhkum olunan şəxs: "Tutdular bizi, yaşım az idi. İl yarım iş verdilər. Bu yaşda heç kimə arzulamaram türmə həyatını. Məhkumluq həyatı hal-hazırda maneələr yaradır mənə".
 
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir. Ötən ilin statistikasına görə, Azərbaycanda 14-17 yaşlı 323 uşaq törətdiyi cinayatə görə məhkum olunub. Bu, 2016-ci illə müqayisədə 61 nəfər çoxdur. Ekspertlərin fikrincə, artıma səbəb olan amillər arasında cəmiyyətin etinasızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar".

Yunan alimi Sokrat deyir ki, uşaqlarınız tərbiyə etməyin, çünki onlar sizi təqlid edəcəklər. Özünüzü tərbiyə edin. Deməli, övladın törətdiyi hər hansısa bir cinayətə və ya səhv hərəkətə görə valideynin də məsuliyyəti böyükdür.

Təvəkkül Səlimov - Ekspert: "Bir də görürsüz ki, uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər".

Problemin müsbət həlli üçün məktəblərin, təlim-tərbiyə ocaqlarının rolu daha da artırılmalıdır. Hüquq mühazifə orqanlarının üzərinə də böyük məsuliyyət düşür.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Orta məktəblərdə yeniyetmələrlə işlər üzrə inspektorlar fəaliyyət göstərir. Bu, Sovet dönəmindən var. Cilovlanmayan, hərəkətləri qəlibə salınmayan şagirdlər inspektorların siyahısında olmalıdır. Bu uşaqlarla fərdi qaydada işlər aparılmalıdır".

Təvəkkül Səlimov - Ekspert : "Məktəblər məni qınamasın, bəzən boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar".

Gəncliyimizi qorumaq cəmiyyətin hər bir fərdinin borcudur. Çünki gələcək onlarla var olacaq. Cinayətkar mühit isə bu günümüz kimi sabahımıza da təhlükədir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib