Bu yay Xəzərdə məhv olan həyatlar - Fotolar

Bu yay Xəzərdə məhv olan həyatlar - Fotolar
SOSİAL
22:48 17.08.2019
10499

Yayda hər kəsin üz tutduğu Xəzər dənizi son 3 ayda xeyli insanın həyatına son qoydu. Dənizdə boğulanlar arasında azyaşlılar da oldu, yeni ailə quranlar da... Hər bir ölüm hadisəsinin arxasında isə bir ailə faciəsi qaldı.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən ötən aylarda Xəzərdə baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edir:

Yayın ən çox səs-küy yaradan ölüm hadisəsindən biri 22 yaşlı blogerin Bulvarda suya atılaraq kadrları lentə almaq istəməsi, bunun isə onun həyatı hesabına başa gəlməsi oldu. "Tik-tok” video platforması üçün suya atılanlardan 18 yaşlı digər dostu isə xilas etmək mümkün olmuşdu.

 

Xəzərdə boğulanlardan biri də Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov idi. Fərman isə dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batmışdı.

İnsan ölümü ilə nəticələnən daha bir faciə Bilgəh çimərliyində yaşanmışdı. Çimərlik ərazisində 2 nəfər boğulmuş, 1 nəfər itkin düşmüşdü.

Bilgəh çimərliyi daha bir nəfərin sonu olmuşdi. Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov qardaşı və 2 dostu ilə çimməyə girib. Dalğa onların 4-nü də aparsa da, qardaşı və dostlarının həyatını xilas etmək mümkün olmuşdu. Dekabrda toyu olacaq Hüseyn isə boğularaq ölmüşdü. Faciəyə gənclərin çimmək qadağan olunmuş ərazidə dənizə girmələri səbəb olub.

İyulun 28-də Pirşağı çimərliyində 4 dostun ölümü məsələnin ciddiliyini bir daha ortaya qoymuşdu. 7 nəfər Kürdəxanı kənd sakini dənizə girmiş, onlardan 4-ü boğularaq dünyasını dəyişmişdi. Dostların hamısı boğulma təhlükəsi ilə üz-üzə qalsa da, 3-ü dənizdən çıxa bilmişdi. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.Hadisədən bir gün əvvəl Bakıda ümumi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişmişdi.

Avqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanmışdı. Dənizdə boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlu olub.

Növbəti suda boğulma hadisəsi Türkan qəsəbəsi ərazisində baş vermişdi. 30 yaşlı qadın dənizdə boğulan 5 yaşlı bacısı oğlunu xilas etmək üçün öz həyatından keçmişdi. Qadın dünyasını dəyişsə də, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olmuşdu.

Yayın ən faciəvi dənizdə boğulma hallarından biri də Nardaran çimərliyində baş vermişdi. 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı dənizdə nəzarətsiz ərazidə boğularaq dünyalarını dəyişib. Cəfərzadələr əmi uşağı olub. Uşaqlardan 2-nin atası Ramil onları xilas etmək üçün suya atılsa da, o da batma təhlükəsi ilə üzləşdiyindən dənizdən çıxarılıb.

Daha bir boğulma hadisəsi isə Türiyənin Alanya şəhərində baş verib. Laçın rayonundan olan 24 yaşlı azərbaycanlı məcburi köçkün Ramil Zeynalov dostları ilə çimməyə getdiyi dənizdən qurtula bilməyib. Ramil işləmək üçün Türkiyəyə gedibmiş.

Xəzər dənizində baş vermiş faciələrdən biri də "MiQ-29” tipli hərbi təyyarəmizin qəzaya uğraması oldu. İyulun 24-də baş vermiş qəza zamanı təyyarənin göyərtəsində təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev olub. Təyyarənin hissələri tapılsa da, pilotun axtarışları hələ də davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim