Sənan ƏLLƏZ
Həyat bir film lentidir. Bu film lentini düşüncələrimizlə geri, yaşayacağımız hadisələrlə irəli hərəkət etdirmək olur. Buna görmə kinolenti deyilir. Gözlərini yumub istədiyin yaşadığın hadisəni düşünürsən və bu həqiqətən də kino effektinə bərabər bir effektdir. Lentin əvvəlinə qayıtmaq olur, amma sona getmək üçün tələsmirsən, hətta gec gəlməyini istəyirsən. Bu filmin sonu ölüm adlı hamının yaşayacağı bir sonluqla bitir. Amma bəzən ölə də bilmirsən. Bütün şərtlər uyğun olsa belə ölə bilmirsən. O zaman tək yol getməkdir. Uzaqlara getmək lazımdır. Başını alıb gedə biləcəyin ən uzaq nöqtə haradı səncə? Ya da gözünlə görəcəyin dünyanın ən uzaq nöqtəsi? Kilometrlərlə getsən belə çata bilməyəcəksən, günlərlə, aylarla, illərlə getsən belə o nöqtəyə çatmağın mümkünsüzdür. Bax bu yer, bu divar sənin öz kürəyindir. İnsana ən yaxın nöqtə də özüdür, ən uzaq nöqtə də. Amma insan özü də yazılan yazıda bir nöqtədir.
Mən də özümü polis bölməsinin qarşısında nöqtə kimi hiss edirdim. 3 manat pul və dəqiq harada olduğunu bilmədiyim ünvan bir-biri ilə heç uzlaşmırdı. Olduğum polis bölməsi dostum Bəhruz gilə yaxın idi. Tələsik Bəhruza zəng vurdum. Gecə yarı dostum telefonu açdı adəti üzrə mənə “nədi ə” deyərək cavab verdi.
-Beka mənə 50 dollar pul lazımdı.
-Qudurmusan? Uje dollara keçmisən?
-Alə manat da olar.Təki sən mənə borc ver.
-Nə vaxta lazımdı?
-Bu dəqiqə, bu saat.
- Alə niyə po...a düşmüsən?
-Bəhruz sual vermə pul var üstündə?
-Var.
- “Gözlə gəlirəm məhəllənizə sənə zəng edəndə düşərsən” deyib bölmə qarşısındakı taksiyə əyləşdim.
Taksidə çox sevdiyim Alim Qasımovdan 1 parça səslənirdi. Səhv etmirəmsə Nəsiminin qəzəlinə idi.
Mənimlə bu fələyin bilməm iddiası nədir?
Vurubdu qəlbimə yüz min qəmi cəfası nədir?
Musiqi sanki sehrli idi. Gözlərim önündə boğazı kəsilmiş insanlar görməyə başlamışdım, hamısı mənə sarı gəlirdilər, dillərində hamısının 1 söz var idi. Pıçıltı ilə əclaflar, əclaflar, əclaflar deyirdilər. Bunlar ölmüş fahişələr idi hamısının kəfənləri qapqara idi, yalnız bir nəfərdən başqa. Aralarında yeganə ağ kəfənli Nigar idi. Yox yuxu deyildi hər şey canlı idi özü də çox canlı. Birdən ayıldım və taksi sürücüsünə cibimdəki 3 manatı verib düşdüm. Bəhruz artıq həyətdə məni gözləyirdi. Ümumiyyətlə, dost sarıdan bəxtim gətirir. Mən onlara qarşı laqeyid olsam da onlar mənə qarşı çox mehribandırlar. Bəhruz da belə dostlarımdandır. Hər ikimiz dəliyik amma bizi fərqləndirən bir cəhət var o da yaxşı dost ola bilmək. Mən yaxşı dost deyiləm. Amma Bəhruz o biri dostumuz Əli kimi yaxşı dostdur. Əgər Bəhruz mənə desə ki, ölümə gedirik. Mən soruşacam ki, niyə? Mən desəm Bəhruz ölümə gedirik onun avtomatik cavabı nə vaxt olacaq. Heç nə soruşmadan 50 manatı cibimə basdı. Bizdə bir adət var heç vaxt borc pulu ələ vermirik.Yalnız 1 kəlmə dedi gəlim?
-Yox Beka sabah danışarıq.
-Oldu .
Prospektdən taksiyə əyləşib əzbərlədiyim ünvanı dedim.
-Bacı oğlu bu şəhər daxilində deyil. Dəniz tərəfə getməliyik.
-Sür.
Gözlərimin açıq olduğunu hiss edirdim, amma yenə də əlləri və ayaqları qana batmış qızlar görürdüm. Bu dəfə hərəsinin bətnində bir doğulmamış körpə də görünürdü, amma qan içində. Qızların əllərindəki qan uşaqların qanı idi. Yeganə Nigarın əlləri və ayaqları təmiz idi, özü də bətnində uşaq yox idi.
-Çatdıq bacı oğlu düş. 20 manat.
Taksidən düşəndə çox vahiməli bir yer olduğunu anladım. Ətrafda heç nə yox idi. Ancaq dəniz və uçuq bir balıqçı daxması. Öz-özümə dedim ki, deyəsən taksi sürücüsü mənə atıb. Hər ehtimala qarşı 150-200 metr kənarda yerləşən daxmaya yaxınlaşdım. Qapı açıq idi. İçəridən çox zəif türk mahnısının səsi eşidilirdi .Daxmadan gələn sidik qoxusu adamı boğurdu.
-Ey kim var burda? Eyyy
-İçəri gəl.
-Alə bu iyin içində necə oturmusan?
-Nə lazımdı?
-Nənəm deyir ki, suala sualla cavab vermək olmaz demişdim ki, közərən lampa işığında üzünün bir tərəfi yanıq 35-40 yaşlarında bir kişinin mənə baxdığını gördüm əlində oraqa oxşar nəsə var idi. Tam seçə bilmədim, amma deyəsən oraq idi.
-Qardaş bura filan ünvandı?
-Hara olduğunu bilmirəm, amma qız yanına gəlmisənsə ya bayırda, ya da içəridə gözlə.
-Başa düşmədim?
-Alə səndən başqa 1 nəfər də gəlməlidi. Mənə iki nəfər deyiblər. Voobşe sən nə vaxt zəng eləmisən?
-Mən zəng eləməmişəm.
-Onda sən getmədin. Mənə iki nəfər tapşırıblar.
-Hara getmədim?
-Adaya da.
-Hmm deməli qızlar adadadı?
Kişi çaş-baş qalmışdı. Və bilməyərəkdən özünü yandırmışdı. Sən demə bu sadəcə qayıqçıdır. Burdan müştəriləri qayıqla hansısa adaya aparır və qarşılığında pul alır.
-Day-day al bu 10 manatı məni də apar. Yox hamısını al.
-Ancaq adaya qədər sonrası sənlikdi.
-Oldu.
Mən bir xeyli gözlədim.2-3 siqaret çəkdim.Dəniz qırağında gəziştim.Birdən day-day qışqırdı.
-Cavan, sən keç qayığa gəlirəm indi.
Daxmadan axsaq bir nəfər qayığa tərəf gəlirdi.Üzünün bir tərəfi yanıq idi, əynində isə yayın günündə qış paltosu vardı. Qayığa oturdu sonra matoru işə saldı.15-20 dəqiqə getmişdik ki, dənizin ortasında digər bir yaxtın kapitanı bizim balıqçı ilə nəsə danışdılar.Bizim qayıq bu yaxtın qarşısına keçdi. Nigarın adada olduğunu bilməsəm də artıq bir macəranın içinə atılmışdım… ARDI OLMAYACAQ..