Müəyyən edilib ki, qızardılmış yemək yeyən insanlarda narahatlıq pozğunluğu və depressiya riski artır.
AZXEBER.COM xəbər verir ki, yeni araşdırmaya görə, 11 il ərzində qızardılmış qida istehlak edən 140.000-dən çox insanın məlumatları qızardılmış yemək istehlakı ilə narahatlıq pozğunluğu və depressiya arasında əlaqə olduğunu ortaya qoyub.
Böyük Britaniyada 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank-dan əldə edilən məlumatlar Çinin Hançjou şəhərində bir qrup elm adamı tərəfindən təhlil edilib.
Araşdırmalar göstərib ki, qızarmış kartof yemək narahatlıq pozğunluğu riskini 12%, depressiya riskini isə 7% artırır.
Tədqiqatçılar əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə əlaqəli ola biləcəyini deyiblər.
Gülay