Rüstəm İbrahimbəyov elə bir xarakterin və şəxsiyyətin sahibidir ki, onu təftiş etməyə, haqqında xüsusi müzakirələr açmağa qətiyyən ehtiyac yoxdur.
Niyə? Çünki, adam bir cümləlik nitqi, yazısı, ya da cavabı ilə özünü çox bəsit şəkildə ələ verməyi, aşkara çıxarmağı, bəzənsə hətta ifşa etməyi bacarır. AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “novoyagazeta.ru”-da Rüstəm İbrahimbəyovla bağlı hazırladığı reportaj-müsahibəyə münasibət bildirərkən söyləyib.“Yazının “P.S” bölümündə bəlkə də müəllifin məxsusən qeyd etdiyi ritorik bir sual-cavab var.Sualın məzmunu belədir: “Rüstəm, bu gün eviniz hardadır - Bakıda, Moskvada yoxsa Los-Ancelsdə?” Kino-rejissorun verdiyi cavab isə elə əsl öz üslubundadır - yəni həftəbecər formada. Və ya sona qədər aydın olmur ki, adamın demək istədiyi nədir: Parisdən vurub Amerikadan, Amerikanı qoyub Moskvadan çıxır.Əlqərəz, söhbət əsnasında tanıyıb-bildiyi bütün ölkələri, paytaxtları gəzib-dolanıb-qayıdır, özünə doğma məkan kimi xarakterizə edir. Bir tək doğulub boya-başa çatdığı Azərbaycandan, Bakıdan savayı!Və deyim ki, həmin yazıda İbrahimbəyovun dilindən səslənən “Bir az Moskvada, bir az Riqada, bir az Amerikada, bir az Bakıda yaşayıram” - ifadəsi əslində onun bir tək yaşam tərzini deyil, bütünlükdə həyat fəlsəfəsini təcəssüm etdirir. O mənada ki.., İbrahimbəyovun öz üzərində daşıdığı obraz və sahib olduğu sima da eynən məkan seçimi kimi son dərəcə pərakəndə və dağınıqdır: Bir az biznesmen, bir az ziyalı, bir az rejissor, bir az siyasətçi... Əlqərəz, hər şey natamamdır onun həyatında!Nəhayət... İbrahimbəyovun çox böyük həvəslə, eyni zamanda içindən gələn qeyri-adi bəh-bəhlə söhbət açdığı son mövzu onun ssenarisi əsasında Şengelayanın çəkdiyi film haqqındadır. Hansı ki, əsas süjet xətti Qafqaz ölkələrindən çıxmış 3 yaradıcı insanın fəaliyyətini, dostluğunu əks etdirir...Düzdür, filmə baxmadan rəy vermək bəlkə də kənardan qeyri-peşəkarlıq nümunəsi kimi görünə bilər. Amma... məsələ burasındadır ki, həmin ssenari mətn etibarilə həm də azərbaycanlı ilə erməninin dostluğundan bəhs edir. Bu isə artıq nonsensdır! Hətta dəhşətdir! Eyni zamanda torpağı işğal altında olan, özünə azərbaycanlı deyən birinin faciəsidir!Fəqət, İbrahimbəyov kimi birisindən bundan artığını da gözləmək sadəlövhlük olardı - Bu da bir başqa həqiqətdir!! Və ya, heç bir zaman xalqın içində olmayan, onun dərdi-səri ilə alışıb-yanmayan, bu millətin tarix boyu çəkdiyi əzabları, zillətləri eynən öz erməni dostları kimi mətbuatdan, TV-lərdən izləyən birinin yazdığı ssenari də zatən bu üslubda, bu məzmunda olmalı idi. Ki, elə təxmin edilən kimi də oldu...”- deyə politoloq fikirlərinə davam edib.