Büdcəyə 126,6 milyon manat ödənildi

Büdcəyə 126,6 milyon manat ödənildi
Bütün Xəbərlər
09:26 13.04.2012
1094
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin mart ayında dövlət büdcəsinə 126 milyon 608 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici 2011-ci ilin mart ayı ilə müqayisədə 51 milyon 270 min manat və ya 168,1 faiz çox olub.Ümumiyyətlə, 2012-ci ilin yanvar-mart aylarında büdcəyə 322 milyon 422 min manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 250 min manat və ya 123,9 faiz çox olub.Bundan əlavə, bu ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 882 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin mart ayına nisbətən 2 milyon 10 min manat və ya 120,4 faiz çox olub.
OXŞAR XƏBƏRLƏR