Bulvar yeni ilə Bakı sakinlərinə sürpriz hazırlayır - VİDEO

Bulvar yeni ilə Bakı sakinlərinə sürpriz hazırlayır -  VİDEO
Bütün Xəbərlər
11:25 10.12.2013
1542

Ən hündür yolkamızın quraşdırılacağı yer bu il dəyişdirilib

At ili bitməkdə olan ilan ilini təhvil almağa gəlir. Artıq yavaş-yavaş yeni ili qarşılamağa hazırlaşırıq. Hər il olduğu kimi bu il də paytaxtın bir çox yerlərində yeni il ağacları quraşdırılacaq. Onlardan elə təkcə 15-i milli parkın ərazisində bəzədiləcək. Ən hündür yolkamızın quraşdırılacağı yer isə bu il dəyişdirilib. Bundan başqa yeni il ərəfəsində Milli parkda yeni "şeytan çarxı" firlanmağa başlayacaq.Dünyanın ən böyük atraksiyon layihələrindən biri olan “şeytan çarxı” dekabrın 25-də istifadəyə veriləcək. Atraksiyonda işlər demək olar ki, yekunlaşıb hazırda isə təhlükəsizliyin təmin olunması üçün texniki işlər görülür. Yeni ilə kimi “şeytan çarxı” ətrafı abadlaşdırılaraq yaşıllıqlarla örtüləcək və atraksion xüsusi işıqlandıma sistemi ilə işıqlandırılacaq.

Ən böyük yolka yeni atraksionun yanında quraşdırılacaq.

OXŞAR XƏBƏRLƏR