Bulvara gedənlər bu xəbəri oxusun

Bulvara gedənlər bu xəbəri oxusun
Bütün Xəbərlər
10:30 17.05.2012
2793
Artıq uzun müddətdir Bakının Dənizkənarı Bulvarında müəyyən bəzi qadağalar tətbiq edilir. Bulvar ərazisində velosiped sürmək, it gəzdirmək, yerə saqqız atmaq və tum qabığı tökmək qadağandır. Amma qadağalara baxmayaraq, buna məhəl qoymayanlar da var. Bunu bulvar ərazisində gəzən zaman da raslaşmaq mümkündür. Görəsən, onlara qarşı hər hansısa tədbir görülürmü?
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov  açıqlamasında bildirdi ki, bulvarda vətəndaşların qanunsuz hərəkətinə görə konkret cərimə yoxdur. Hər hansı cərimənin tətbiq olunması üçün Milli Məclis və Nazirlər Kabinetinin qərarı lazımıdır.
Rəis müavinini sözlərinə görə, Nazirlər Kabinetinin itlərlə bağlı xüsusi qərarı var. Həmin qərarda göstərilib ki, hansı ölçüdə itləri ağızlıqsız və kəmərsiz gəzdirmək olmaz. Dənizkənarı Bulvar İdarəsi də bu qərara əməl edir.
N.Məcidov deyir ki, bulvarın mühafizə xidmətində həmin qərardan çıxarış var. Lakin həmin qərarda cərimə haqqında heç bir göstəriş olmadığından cərimə etmirik. Ona görə də, bulvarın mühafzə xidmətinin əməkdaşı iti ağızlıqsız və kəmrsiz gəzdirən insanlara yaxınşalaşraq qaydalara əməl etməyə təhrik edir, əks halda isə ərazini tərk etməyi tələb edir.
  //milli.az
OXŞAR XƏBƏRLƏR