Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bayıldan Zığa qədər dəniz üzərində tikintisi nəzərdə tutulan körpünü memarlıq baxımından uyğun saymır. Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilən MDB ölkələrinin inşaat fəaliyyəti üzrə Şurasının iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. Komitə sədri qeyd edib ki, Bulvar ərazisi genişləndiriləcək, burada tunellər olacaq və ona görə də bu körpünün tikintisinə ehtiyac yoxdur. “Bulvar ərazisi genişləndirilərkən şəhərə giriş üçün iki tunel olacaq. Buna görə də körpüyə ehtiyac yoxdur. Biz bununla bağlı hökumətə bildirmişik”.