Bulvarda 18 yaşlı oğlanın boğazını kəsdilər

Bulvarda 18 yaşlı oğlanın boğazını kəsdilər
Bütün Xəbərlər
12:00 19.09.2014
2134

Faktla bağlı araşdırma aparılır.

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əliyev Çingiz Əyyub oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. 

Onun boğazında daxilə nüfuz edən ağır kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb və yaralı reanimasiyaya yerləşdirilib. Ç.Əliyevi dindirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, daha əvvəl hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, sonradan 18 yaşlı oğlanın Dənizkənarı Milli Park ərazisində, Saat qülləsinin yaxınlığında bıçaqlandığı məlum olub. Hazırda hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi və olayın səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.
///Lent.az
OXŞAR XƏBƏRLƏR