Bulvarda batan 18 yaşlı gəncin - Xilas anı - Video

Bulvarda batan 18 yaşlı gəncin - Xilas anı - Video
SOSİAL
21:57 19.06.2026
225
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Nəsirli Sadiq Elnur oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR