Bulvarda daha bir intihar

Bulvarda daha bir intihar
Bütün Xəbərlər
22:03 01.01.2013
2572

Bakı şəhəri Dənizkənarı bulvarda intihar hadisəsi baş verib. AZXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində 1988-ci il təvəllüdlü qadın dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı) batmaq təhlükəsi ilə üzləşib.  Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:25-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR