Bulvarda dəhşət dolu anlar yaşandı

Bulvarda dəhşət dolu anlar yaşandı
Bütün Xəbərlər
19:00 04.01.2012
2668
Dənizkənarı Milli Parkda intihar cəhdi qeydə alınıb. APA-nın məlumatına görə, şəxsiyyəti müəyyənləşməyən gənc oğlan Paraşüt qülləsinə çıxaraq özünü atmaq istəyib. Qüllənin yarısına kimi qalxan oğlan qışqıraraq özünü öldürəcəyini bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Dənizkənarı Milli Parka toplaşan gənclər intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün Bakı Biznes Mərkəzinin şüşələrinə üzərinə “Həyatı Sev” sözləri yazılmış plakatlar yapışdırıblar. Özünü qüllədən atmaq istəyən oğlanın ailə üzvləri də hadisə yerinə gəliblər. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə çağırılan psixoloq artıq Paraşüt qülləsinə qalxıb və gənci intihar cəhdindən daşındırmağa çalışıb. Psixoloqun səylərindən sonra oğlan qüllədən enməyə razı olub. Bununla da intihar cəhdinin qarşısı alınıb. ***Intihara cəhd edən şəxs 28 yaşlı Pərviz Mikayılov Zaqatala sakinidir. Qeyd edək ki, bu gün saat 13 radələrində P. Mikayılov Dənizkənarı Bulvardakı Paraşüt qülləsinin yarısına qədər qalxaraq, oradan özünü atacağını bildirib. Onun qülləyə necə çıxmasına gəlincə, ərazidəki mühafizəçilərin sözlərinə görə, qüllənin aşağı hissəsində aparılan təmirlə əlaqədar qapı açıq olub və vətəndaş fürsətdən istifadə edərək qülləyə çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, FHN-in psixoloqu P. Mikayılovla söhbət etmək üçün qülləyə qalxıb. Hadisə yerinə P. Mikayılovun ailəsi, həyat yoldaşı və uşağı da gəlib. Qüllədə olarkən P. Mikayılov biləyini bir neçə yerdən kəsərək psixoloqun ona yaxınlaşmasına mane olub.
OXŞAR XƏBƏRLƏR