Dənizkənarı Milli Parkda intihara cəhd olub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Səbayel rayonunda - Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola - nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib aidiyyəti üzrə təhvil veriblər.