Bulvarda 'Kiçik Venesiya şəhərciyi'nin açılışı oldu
Bütün Xəbərlər
12:58 28.05.2012
4227
Bu gün Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan sonra istifadə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.“Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadəyə verilib. 2011-ci il martın 30-da dövlətimizin başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş verib.Prezident İlham Əliyevə məlumat verilib ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilib, yeni qayıqlar gətirilib, əlavə körpülər və iki restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcək.Görülmüş işlərdən razılığını bildirən dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.