Bulvarda kredit borcuna görə özünü öldürən oğlanın - FOTOLARI

Bulvarda kredit borcuna görə özünü öldürən oğlanın -  FOTOLARI
Bütün Xəbərlər
01:59 11.08.2015
8796
Avqustun 10-u günorta saatlarında özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edən Ağayev Pərvin Elşən oğlunun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı gənc əslən Lәnkәran rayonunun Şirinsu kәndindən imiş. Ailənin yeganə oğlu olan Pərvin Lәnkәran Dövlәt Humanitar Kollecinin “Kompüter mühәndisliyi” fakültəsini bitirib.

Maddi durumları yaxşı olmadığına görə ata vә anasını rayonda qoymağa məcbur olan gənc Bakıya işləməyə gəlib.

Bir neçə il əvvəl mərhumun danışma qüsuru olan qardaşı da vəfat edibmiş. Buna görə də ailədə işləyən tək adam məhz Pərvin olub. İntihar edən gəncin 5 müxtəlif banka kredit borcu olub. İntiharın da bu səbəbdən baş verdiyi ehtimal edilir.

Ev tikdirən subay gənc kreditə elə tikinti xərclərini qarşılamaq üçün müraciət edib.

Xatırladaq ki, Pərvin Ağayevin cəsədi Səbail rayonunun ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə (batdığı yerdə) tapılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR