25 yaşlı gənc dənizkənarı Milli Parkda özünü dənizə ataraq öldürüb.
AZXEBER.COM-un məlumatına görə, intihar hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
FHN-nin yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə atıb.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. P. Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.