Bulvarda yeni əyləncə

Bulvarda yeni əyləncə
MARAQLI
10:54 10.05.2011
2283

Bakı bulvarına yeni əyləncə vasitələri gətirilib. Bu barədə məlumatı ANS PRESS-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. 

Onun sözlərinə görə, bunlardan biri faytona bənzər velosipedlərdir. Velosipedlər 3-4 və 6 nəfərlikdir. N.Məcidov hələlik yeni gətirilən faytona bənzər velosipedlərin sayının 10 ədəd olduğunu bildirib. Amma bu tip velosipedlərdən gələcəkdə daha çox gətirilməsi də istisna olunmur.

Velosipeddə 20 dəqiqə gəzməyin qiyməti isə 5 manatdır. İnsanlar onu özləri idarə edir, istədikləri tərəfə gedə bilirlər.

6 nəfərin rahat minə biləcəyi velosipedlərin qarşı tərəfi körpələr üçün nəzərdə tutulub. Hətta uşaqların düşməmələri üçün rezin bağlar da var.

Daha bir yenilik isə suda üzən nəhəng şarlardır. Belə ki, Milli Parkın ərazisində iki yerdə xüsusi hovuzlar quraşdırılıb. Hovuzların hərəsində 5 şar var. Şəffaf materialdan olan böyük ölçülü şarların içinə hava vurulur və içərisinə uşaqlar salınır. Bununla da uşaqlar şarların içərisində - suyun üzərində əylənirlər. 

Hər iki əyləncə vasitəsi Türkiyədən gətirilib. 

Xatırladaq ki, Milli Parkın ərazisində aparılan tikinti işlərinə Sadko və Venesiya kimi tanınan obyektlərin restavrasiyası ilə yekun vurulacaq.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər