Bundan sonra avtomobil qəzalarının qarşısı alınacaq

Bundan sonra avtomobil qəzalarının qarşısı alınacaq
Bütün Xəbərlər
19:03 20.12.2011
2434

Avtomobil qəzalarının qarşısının alınması üçün yeni layihə hazırlanıb.  

Layihənin rəhbəri Firudin Davudzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, bu lahiyə “Sosial Məsuliyyət və Sən 2” İdeya müsabiqəsi üçün hazırlanıb:  "Gecə qaranlıq mühitlərdə və qaranlıq yollarda avtomobil sürərkən yolun daha yaxşı görünməsi üçün uzaq məsafəni görəcək şəkildə avtomobilin uzağı işıqlandıran faraları yandırılar. Eyni anda qarşı qarşıya gələn iki avtomobilin uzağı işıqlandıran faraları açıq qalmaqdadır. Bu vəziyyətdə bəzi sürücülər fərqində olmaya bilərlər.Amma digər avtomobilin sürücüsü bu haldan ötəri yolu tam olaraq görə bilməməkdədir.Gözü yolu tam olaraq seçə bilməməkdədir.Qarşı avtomobilə sellektor verməsinə baxmayaraq digər sürücü bunun fərqində olmaya bilər. Biz bu proyektimizlə bu vəziyyətin ortadan qaldırılması üçün bir qurğu qurduq və həqiqətən çox yaxşı bir şəkildə avtomatik olaraq uzağı işıqlandıran faralar qısa faraya çevrildi.Avtomobillər bir-birini keçdikdən sonra yenə uzağı işıqlandıran faralar avtomatik olaraq yanmaqda olacaqlar.

Firidun Davudzadə qeyd edib ki, layihənin cəmiyyət üçün aşağıdakı faydaları olacaq. 1. Gecə yolda daha uyğun işıqlari stifadə edilərək avtomobil sürmək.2. Gecə yolda avtomobil sürərkən qarşıdan gələn və önümüzdə gedən sürücüləri bizim uzağı işıqlandıran faralarla narahat etməmək.3. Gecə avtomobil sürərkən bizimuzağı işıqlandıran faraların açıq olmasından ötri meydana gələbiləcək qəzaların qarşısınıalmaq.4. Qaranlıq mühitli yollarda daha uyğun məsafəli işıqlardan istifadə etmək.5. Qaranlıq mühitlərdə avtomobil sürərkən işıq çirkliliyinin qarşısınıalmaq.
OXŞAR XƏBƏRLƏR