“Bundan sonra mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm"- İntihar edən məktəblinin son statusu - FOTO

“Bundan sonra mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm"-  İntihar edən məktəblinin son statusu - FOTO
Bütün Xəbərlər
14:15 14.06.2014
8794
Məktəblinin ölümqabağı yazdığı son status: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm"
Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürdü. Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.
A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.
Sabunçu rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR