Almaniyanın "Union" klubu baş məşqçisi Urs Fişerlə yollarını ayırıb.
AZXEBER.COM-un Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis klub prezidenti Dirk Sinqlerlə söhbətdən sonra bu qərarı qəbul edib.
Qeyd edək ki, Urs Fişer 2018-ci ilin iyulunda baş məşqçi postuna gətirilib və ilk mövsümdə komandanı Bundesliqaya yüksəltməyi bacarıb. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində iştirak edib.