Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb

Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
DÜNYA
18:59 18.04.2025
874
Almaniya Bundesliqası təmsilçisi "Union" futbolçusu Kristofer Trimmellə müqavilə müddətini uzadıb.

38 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Avstriyalı müdafiəçi 2014-cü ildən "Union"da çıxış edir.

Qeyd edək ki, K.Trimmel komandasının heyətində indiyə qədər 355 oyunda meydana çıxıb, 5 qol müəllifi olub. 2009-cu ildən Avstriya millisinin formasını geyinən müafiəçi yığmada oynadığı 22 matçda 1 dəfə fərqlənib.
OXŞAR XƏBƏRLƏR