“Bunlar dövlətçiliyimizə qarşı təşkilatlanan cinayətkar qrup olub” - Deputat

“Bunlar dövlətçiliyimizə qarşı təşkilatlanan cinayətkar qrup olub” - Deputat
SİYASƏT
12:14 13.02.2026
544
"Ramiz Mehdiyev özünü uzun illər Azərbaycan ictimaiyyətində dövləti qoruyan, dərin dövlət funksiyasını yerinə yetirən bir adam kimi təqdim edib. Amma Mehdiyev vətənə xəyanətin ən rəzil nümunəsidir”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib.

O deyib ki, cinayətkar qrupun fəaliyyəti vaxtında ifşa edilməsəydi, sabit ölkədə yaşaya bilməzdik:

"Dövlət Təhlükəsizlik Xidmətinin ictimailəşdirdiyi son məlumatlardan sonra bir daha aydın oldu ki, Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və bunların ətrafında olan komandanın fəaliyyətinin vaxtında ifşa edilməsi Azərbaycanın müstəqil dövlətinin xilas edilməsidir. Əgər bu cinayətkar qrupun fəaliyyəti vaxtında ifşa edilməsəydi, bu gün sabit və qalib bir ölkədə yaşaya bilməzdik. Azərbaycanın dövlət strukturlarının peşəkarlığı, Azərbaycanda dərin intellektual zəkaya sahib olan siyasi liderlik İnstitutu Azərbaycan dövlətini xilas edibdir”.

O söyləyib ki, bu proses hər şeydən öncə bu bir ibrət dərsidir:

"Dünənə qədər özlərini demokrat kimi təqdim edən radikal müxalifət qruplaşmaları əslində Azərbaycan dövlətinin süqutu üçün əllərindən gələni edən, dövlətçiliyimizə qarşı təşkilatlanan bir cinayətkar qrup olub. Mənəviyyat baxımından bu qrup ən xırda maliyyə qarşılığında belə öz vətənini satmağa hazır vətən möhtəkirləridir. Bütün bunlar milli yaddaşımızın süzgəcindən keçirilərək analiz edilməlidir. İbrət dərsini yadımızda yaxşı saxlamalıyıq və bu kontekstdə biz yenidən əldə etdiyimiz tarixi zəfəri qiymətləndirməliyik. Vətənimizin və dövlətimizin taleyinin həll olunduğu belə bir məqamda içərimizdə bu qədər xain olarkən biz qalib gəldik. Buna görə də qələbəmizi daha obyektiv qiymətləndirməliyik”.

Parlamentari vurğulayıb ki, Mehdiyev əxlaqi dəyərlərimizi deqradasiyaya uğratmaq üçün xüsusi bir söyüş müxalifəti yaradıb: 

"Dövlət içində gizlənərək vətənə xəyanət edən Ramiz Mehdiyev dövləti dağıtmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib. O, radikal müxalifətlə, ermənilərlə əməkdaşlıq edənlərlə əlbir olub. Azərbaycan dövlətçiliyi qədər əhəmiyyətli olan mənəvi, əxlaqi dəyərlərimizi deqradasiyaya uğratmaq üçün xüsusi bir söyüş müxalifəti yaradıb, onları xaricdən maliyyələşdirib. Özünü müxalifət kimi təqdim etməyə çalışan Əli Kərimli,  Azərbaycanın var-dövlətini talayan Abbas Abbasov, Ramiz Mehdiyev və bunların ətrafında olan şəxslər ifşa olundu. Bu bir daha dövlətimizin gücünün nümayişidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR