Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir.
Mütəxəssis qeyd edib ki, fiziki hərəkətsizlik maddələr mübadiləsini ləngidir, qan dövranını zəiflədir və saç follikullarının lazımi qidalanmasını çətinləşdirir. İnformasiya bolluğu və daimi psixoloji gərginlik isə bu prosesi daha da sürətləndirir.
Həkimin fikrincə, hazırda saç tökülməsinin əsas təhlükəsi tək bir səbəbdə deyil, müxtəlif risk faktorlarının üst-üstə düşməsindədir. Bu amillərin birlikdə təsiri saç follikullarının zədələnməsini sürətləndirir, nəticədə saçlar seyrəkləşir və tökülmə daha nəzərəçarpan olur.
Mütəxəssislər saç tökülməsi uzun müddət davam etdikdə və ya normadan artıq olduqda, səbəbin dəqiq müəyyənləşdirilməsi üçün dermatoloq və ya trixoloqa müraciət etməyi tövsiyə edirlər. Bu, problemin vaxtında aşkarlanmasına və düzgün müalicənin seçilməsinə kömək edir.
/Baku.ws











































