Bunları "dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz

Bunları "dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz
MEDİA
14:10 03.07.2015
3980

Fatimə Hacıbəyli

Mənim gələcək peşə fəaliyyətimi valideynlərimin razılığı seçdim. Valideynlərimin istəyinə uyğun olaraq ixtisas seçdim. Uşaq yaşlarından etibarən həvəsim jurnalistikaya idi, amma anam məni həkim görmək istəyirdi. Anamın məni həkim görməsinin səbəbi doğmalarımın tibb sahəsində çalışması ilə bağlıdır. Həkimlik məni çəkmirdi, ürəyim media sahəsi üçün atırdı. Ailəm jurnalist olmağıma razı olmadıqları üçün anamın məsləhəti ilə ingilis dili ixtisasına yiyələndim. 

Ancaq sevdiyim və mənə əlcatmaz olan muxbir sənətinə xəyal kimi baxmadım. Çünki həyatda istəyimə nail olan insanam. Beləliklə, çoxunun çəkindiyi 4-cü hakimiyyət hesab etdiyi jurnalist sahəsində işləməyə başladım və mənə bu sahədə Şöhrət Eldəniz kömek oldu.

Media aləmi elə bir dünyadır ki, insandan dürüstluk tələb edir. Jurnalist obyektiv olmalıdır. Bu sahədə olan peşəkar jurnalistlər var ki , hər zaman onlardan nəsə öyrənməyə çalişmışam. Ancaq çox təəssüf ki, bu sahənin üz qaraları da var. Yəni söhbət reket jurnalistikadan gedir. Ancaq kimin nə cür jurnalist olduğunu ictimaiyyətin gözü müəyyən edir.

Bəzən ixtisasca jurnalist olmayanları cəmiyyətdə bir mənalı qebul edilmir ancaq unutmayaq ki, Azad Şərifov hələ Sovet dönəmində “İzvestiya” qəzetində çalışarkən o Yaxın Şərq və Türkiyə üzrə müxbir işləyib. Halbuki, onun jurnalist təhsili olmayıb. Yaxud Valid Sənani, onun ixtisası coğrafiya idi. Amma indi bunu kütləvi hala salıblar. Kim gəldi özünü jurnalist adlandırır. Bunun da səbəbi odur ki, söz və mətbuat azadlığını atmışıq ortaya və təbiidir ki, bundan istifadə edənlər var”. Həyatda, cəmiyyətdə və yaxud, hər hansı sahəsdə baş verən çatışmazlıqları, neqativ halları tənqid etmək, araşdırmaq, bu barədə televiziya və radio məkanından faktlar əsasında informasiyanı yaymaqdır. 

Çünki bunları "dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz. Bu, adi vətəndaşın görəcəyi iş deyil. Əslində, jurnalist mövcud olan nöqsanları, çatışmazlıqları dəyişmək iqtidarında deyil, amma "dördüncü hakimiyyət” kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etmək iqtidarına malikdir. Bir sözlə, jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirir və bu hadisələrin içində olur.

OXŞAR XƏBƏRLƏR