"Burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb" - Yusuf Məmmədəliyev

"Burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb" - Yusuf Məmmədəliyev
GƏNCLİK
15:03 22.09.2017
1649

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi zamanın ruhuna uyğun tərtib olunub.

AZXEBER.COM-un məlymatına görə, bu fikri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev dövlətimizin başçısının sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı deyib.

Y.Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, dövlət gənclər siyasətinin əsas çərçivələrini müəyyənləşdirən qanunverici aktlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə "Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.

"Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır. Ötən dövrdə icra olunmuş proqramların nəticəsində Azərbaycan gənci inkişaf edib, müasirləşib, onun yeni tələbatları yaranıb. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram, müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Müvafiq dövlət qurumları proqramın tam, vaxtında və yüksək səviyyədə icrası üçün çalışacaqlar”, - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi zamanın ruhuna uyğun tərtib edildiyini vurğulayan Y.Məmmədəliyev bildirib ki, proqramda gənclərimizin milli köklərə söykənərək, müasir dünyanın bir parçası olmalarını təmin etmək istəyi diqqəti cəlb edir. Təsadüfi deyil ki, sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsinə, müxtəlif "start-up”lara olan təbii marağını təmin etmək üçün proqramın icrası zamanı, dövrün müasir təzahürlərinə xüsusi diqqət ayrılacağı gözləniləndir. Proqramın icrasına dair tədbirlər planı ilə tanış olduqda görürük ki, burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu proqramdan irəli gələn tədbirlər planının icrası nəticəsində gənclərimizi daha vətənpərvər, sağlam, yaradıcı, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyirlər.

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq. Gənclərimizi onların inkişafına faydalı olacaq bu proqramın qəbul olunması münasibətilə təbrik edirəm”, - deyə Y.Məmmədəliyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir