AZXEBER.COM xəbər verir ki, kənd sakinləri illərdir həm içməli, həm də suvarma suyunun çatışmazlığından əziyyət çəkdiklərini bildiriblər.
"Arxın suyundan çəltik, yonca əkənlər istifadə edir. Kəndə isə su gəlib çatmır. Gələndə də ayda bir-iki dəfə gəlir. Suyun üstündə dava düşür, insanlar bir-birinə xəsarət yetirir. Dünən hətta təcili yardım gəlib”, – deyə sakinlərdən biri bildirib.
"Burada yaşamaq "katorqa”da yaşamaq kimi bir şeydir.
Digər sakin isə vəziyyətin dözülməz həddə çatdığını deyib:
"Ölüm ayağındayıq. Bu istidə susuzluqdan əziyyət çəkirik, ağlayırıq. Nə özümüzə, nə də heyvanlarımıza su tapa bilirik, batırıq. Çox ağır vəziyyətdəyik”.
Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, rayonun Alpout kəndində içməli su yoxdur və kənd sakinləri su arxından istifadə edirlər:
"Havaların isti keçməsi səbəbindən suyun verilməsində çətinlik yaranır. Zərurət yarandıqda isə su maşını ilə əhalini su ilə təmin edirik. Yaxın vaxtlarda suyun verilməsində köməklik göstərəcəyik”.
Daha ətraflı "Baku TV”nin reportajında:











































