“Buradan çıxım, yaxşıca dincələcəm” - Ömrünün yarısını həbsxanada keçirən məhkum - VİDEO

KRİMİNAL
14:48 04.03.2019
5276
Bu da bir incəsənətdir, onu bacarmaq lazımdır.

AZXEBER.COM xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramı növbəti buraxılışında məhkum Zəkavət Məmmədovun həyat hekayəsini yayımlayıb.

Zəkavət Məmmədov - Cəzası: 13 il (ümumi 30 il ): "15 yaşımda qarmon oğurlamışdım. İlk cəzam idi. Sonra ərəblərdən mal aldım, paltar filan. O vaxt icazə yox idi. Tutuldum. Ukraynada bir qadının evindən oğurluq etmişdim, o işin də üstü açıldı. Təhlükəsizlik xidmətinin işçisi olduğunu sonradan bildim.

İşlədiyim yerə bir nəfər gəldi. Onu şantaj etdim. Şikayət etdi, tutuldum. 7 il cəza aldım. Daha sonra şərab zavodundan 1 "TIR" dolusu şərab oğurladım. Dedi, sata bilərsən? Dedim, əlbəttə, aldatdım. Bu da bir incəsənətdir, onu bacarmaq lazımdır. Məni də kimsə aldada bilər. Atam xərçəng xəstəsi idi. Çıxmağıma 4 il qalmışdı, əmim oğlunu çağırdım bütün sənədləşmə işlərini ona tapşırdım ki, evi satsın, mənə pul lazım idi. O da evi satdı, məni aldatdı.

Çıxanda evsiz qaldım. Atam bir il yataqda yatıb, mən onu görə bilmədim. Ona baxan da olmadı. Öz qardaşı dəfn edib. Növbəti cinayətimin nəticəsi də buradır. Yenə həbsdəyəm. Heç kimi günahlandırmıram. Qismətimdir, mən də bu həyatı yaşayıram. Seçim etməmişəm, bu, həyatın gedişatıdır. Buradan çıxım, yaxşıca gəzib, dincələcəm".
 

OXŞAR XƏBƏRLƏR