Burak Yılmaz karyerasını bitirdi

İDMAN
17:26 05.06.2023
236
"Fortuna Sittard”la yollarını ayıran təcrübəli hücumçu Burak Yılmaz keçirdiyi mətbuat konfransında futbolla vidalaşdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Hollandiyanın "Fortuna Sittard” komandası ilə vidalaşan Burak Yılmaz karyerasında yeni səhifə açmağa hazırlaşır.

37 yaşlı təcrübəli hücumçu "Çırağan” sarayında keçirdiyi mətbuat konfransında futboldan ayrıldığını açıqlayıb.

"Niyə bu mətbuat konfransını bu gün keçiririk. Dünən axşam dünyanın ən böyük futbolçularından biri İbrahimoviç futbolla vidalaşdı. Mən də vidalaşmaq istədim, amma qismət olmadı. İnternetdən ayrıldığımı söyləmək rahat olmadı. Bunun karyerama uyğun olmadığını düşündüm. Mən həmişə təkbətək ünsiyyətə üstünlük verirəm. Bu gün karyeramı bitirdiyimi elan etmək istəyirəm", - deyə o, açıqlamasında bildirib.

37 yaşlı hücumçunun karyerasını köməkçi məşqçi kimi davam etdirəcəyi gözlənilir. 

Gülay
OXŞAR XƏBƏRLƏR