Buraxılış imtahanlarının vaxtı açıqlandı

Buraxılış imtahanlarının vaxtı açıqlandı
Bütün Xəbərlər
11:32 13.05.2014
1068
İşğal altında olan rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində ümumi və tam orta təhsil səviyyələri üzrə biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının keçirilməsi tarixlərini açıqlayıb.
TQDK-dan AZXEBER.COM-a verilən məlumata görə, imtahanlar aşağıdakı tarixlərdə olacaq:
08.06.2014 - Bakı, Sumqayıt, Abşeron, Rus bölməsi (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən).
13.06.2014 - Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd.
18.06.2014 - Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən.
24.06.2014 - Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Zaqatala, Mingəçevir.
29.06.2014 - Eksternat yolu ilə buraxılış imtahanı.
İşğal altında olan Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı, Zəngilan, Ağdam, Füzuli və Xocavənd rayonlarının şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
OXŞAR XƏBƏRLƏR