İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın. Sifarişi yerinə yetirin, vədləri qulaqardına vurmayın. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün rəqibləri üstələməlisiniz. Dəyər verdiyiniz insanla münasibətlərdə passivlik nümayiş etdirməyin. İradəli və qətiyyətli olun. Çoxdan bəri planlaşdırdığınız işə başlayın. Gəlirlər çox deyil, amma pullar karınıza gələcək.Alış-verişdə mənasız simiclik etməyin. O qədər də uğurlu təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhhətinizə diqqəti artırın. |
Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir. |
Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın dəqiq qiymətləndirilməsi zərurəti yaranıb. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində yeni insanlarla qarşılaşacaqsınız. İşdə rəhbərliklə danışıqlarda emosiyalara qapılmayın. Çuğulçu və xəbərçi adamların davranışlarını izləyin. Belə müşahidələrdə xeyir var. Axşam saatlarında yola çıxmalı olacaqsınız. |
Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında yeni əlaqələr qura bilərsiniz. Pozulmuş münasibətləri normallaşdırın. Yaxınlarınız sizə həyan olacaqlar. Tərbiyəsiz, mədəniyyətsiz adamlarla əsla tərəfdaşlıq etməyin. |
Günün ikinci yarısında kiçik gəlirlər olacaq. Maddi durumunuzu sürətlə yaxşılaşdırmağa can atmayın. Aramlı irəliləyiş düşünülməmiş qaçışdan daha məntiqidir. Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq. Heyfsilənməyin. Şəfqət və mərhəmət unudulmur. |
Günün ikinci yarısında işdə problemlərin müzakirəsi, rəhbərliklə görüşə can atmaq əsla məsləhət deyil. Subordinasiyanı kobud şəkildə pozaraq olmayan münasibətləri inkişaf etdirməyə çalışmayın. Özünü "qlamur" və ya "trenddəki insan" hiss edən insanların batininin puç olduğunu anlayın. Axşam saatlarında səhhətinizlə rasionunuza fikir verin. Dünəndən Ay bürcünüzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əgər kiminləsə "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın. |
Günün ikinci yarısında anlaşma, müqavilə və sənədləşdirmə ilə məşğul olun. Kommersiya fəaliyyətinizdə yeni çərçivələri təhlil edin. Maliyyə itkiləri ola bilər. Çağırıldığınız yerə gecikməyin. Axşam saatlarında ailənizlə birlikdə istirahət edin. Dekabirin ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, imtina etməyin. |
Günün ikinci yarısında danışıqlarda ötkəm, qətiyyətli və iradəli olun. Düşünülməmiş addım, tələsik qərar sonradan pərişanlıq hissləri yarada bilər. Risklərdən çəkinməyin, yeni müstəvidə və istiqamətdə qüvvələrinizi sınayın. Seçimdə tərəddüd etməyin. Bələd olmadığınız insana inansanız, manipulyasiyaların qurbanı olacaqsınız. Axşam saatlarınızı açıq havada keçirin. Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşagəlməzliyi ciddi problemə çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var. |
Günün ikinci yarısında anormal istiqamətdə cərəyan edəcək hadisələrə müdaxilə edin. Aktiv olun, yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Yorğunluq riski çox azdır. Qəfil gəlir, hədiyyə və ya sürpriz ola bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun. |
Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər. Günün ikinci yarısında məntiqsiz, ekstravaqant addımlar atmayın. Yaxın adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın. Axşam saatları etiraflar üçün münasibdir. İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın. |
Unutmayın ki, röyaları gerçəkləşdirməyin ən yaxşı yolu oyanmaqdır. Günün ikinci yarısında yaxınlarınız sizə yaxşı məsləhətlər verəcəklər. Onlar sizin ideyalarınızı dəstəkləyəcəklər, maddi kömək edəcəklər. Dəyərli hədiyyələr ala bilərsiniz. Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə həsr edin. Gəzintiyə də çıxa bilərsiniz. Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız. |
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək. Susaraq qazandığınız dəyəri çox danışaraq itirməyin. Günün ikinci yarısında təmaslarda sərvaxt, ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər. İşgüzar əlaqələriniz olduğu insanla sürəkli əlaqə saxlamağı unutmayın. Axşam saatlarında normal istirahət edin. Bəxtinizdə uğurlu ərəfə durur. Bəzi xırda xoşagəlməzliklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Qış istirahətinə də vaxt ayırın. |