Bürclərlə bağlı ən son məlumat - PROQNOZ

Bürclərlə bağlı ən son məlumat - PROQNOZ
MARAQLI
01:01 05.03.2012
3892
AZXEBER.COM portalı bürclərlə bağlı ən son məlumatı diqqətinizə çatdırır...
OĞLAQLAR
vəziyyəti dərindən təhlil edib lazımi qərarları vaxtında qəbul etmək bacarıqları sayəsində bu həftə qibtə ediləcək uğurlara imza ata bilərlər. Rəhbərliyin mühüm tapşırığına hazır olmalısınız. Bizneslə məşğul olanlar müştərək layihədə iştirak etmək təklifi alacaqlar. Lakin əngəlləri aşıb uğur qazanmaq üçün əməlli-başlı tər tökməli olacaqsınız.DOLÇALARməqsədə çatmaq əzmləri sayəsində bu həftə istənilən problemin öhdəsindən gələ biləcəklər. Yolunuza gözlənilməyən əngəllər çıxacaq, lakin əzminiz qarşısında kart evciyi kimi bir anda dağılacaqdır. Şəxsi cəbhədə maraqlı görüşlər və tanışlıqlar gözləyir. Ehtiyatı əldən verməyin, çünki oxunuz daşa dəyə bilər.BALIQLARINcibinə yaxın günlərdə tamamilə başqa mənbələrdən pullar axa bilər. Çalışın ki, çiyninizə çox ciddi öhdəlik götürməyəsiniz. Pul borc vermək də risklidir, çünki onu geri qaytarmaq bir o qədər də asan olmayacaqdır. Həftə sonu xoşunuz gələn şeylər cibinizi boşalda bilər.QOÇLARyalnız inanılmış üsullarla hərəkət etməli və yalnız bacardıqları işin qulpundan yapışmalıdırlar. Yaxın günlərdə işdə irəliləmək şansınız olacaqdır. Bunun üçün çox işləməli və özünüzə qarşı tələbkar olmalısınız. Sizin işlə bağlı olan hərəkətləriniz daha ciddi və səmərəli yanaşma tələb edir.BUĞALARyaxşı düşünmədən heç bir qərar qəbul etməməlidirlər. Sizi iş və kommersiya ilə bağlı bir sıra maraqlı təklif gözləyir. Yalnız etibarlı dostların və zamanın sınağından çıxmış tərəfdaşların təkliflərinə razılaşmaq olar. Bu həftənin başlıca vəzifəsi özünüzə inam hissini qoruyub saxlamaq, nüfuzunuzu möhkəmləndirməkdir.ƏKİZLƏRbu həftə maddi problemlərini uğurla həll edəcəklər. Bu, ola bilsin, məvacibinizin artırılması və yaxud sanballı pul mükafatı ilə bağlı ola bilər. İstirahət günlərində məişət işləri ilə məşğul olun. İndi evin işi-gücü sizin üçün təxirəsalınmaz işə çevrilibdir.XƏRÇƏNGLƏRfəaliyyət istiqamətlərini və işgüzar maraqlarını genişləndirmək yolu ilə özləri üçün yeni gəlir mənbələri tapa bilərlər. Həftə öz işinizi inkişaf etdirmək və sərmayə yatırmaq üçün əlverişlidir. İrəliləməyinizi qarşısını alan və çətinləşdirən yorucu komplekslərinizin və qüsurlarınızın öhdəsindən gəlmək üçün öz üzərinizdə çox işləməlisiniz.ŞİRLƏRnəhayət cansıxıcı işlərdən qurtulub özlərini bütünlüklə yaradıcılığa, istedadlarının inkişaf etdirilməsinə həsr edəcəklər. Vəziyyətə nəzarət etmək və vaxtında qərar qəbul etmək bacarığınız maddi durumunuzun yaxşılaşması və karyera pillələri ilə irəliləməyiniz üçün əla zəmin yaradacaqdır. Siz, həmçinin faydalı tanışlıqlar quracaqsınız.QIZLARyaxşı olar gündəlik cansıxıcı işlərlə məşğul olsunlar. İndi qlobal və yeni işlərin əyyamı deyildir. Yaxın günlərdə vaxtilə həyata keçirdiyiniz layihənin bəhrəsini görəcəksiniz. Şəxsi münasibətlərdə yaxınlarınıza qarşı diqqətli və mərhəmətli olmalı, onlar sizin şıltaqlıqlarınıza göz yumduqları kimi sizə də onların xırda qüsurlarını bağışlamalısınız.TƏRƏZİLƏRİNideyalarına real cizgilər vermək şansı olacaqdır. Siz güc və enerji dolu olacaqsınız. Qarşıdan gələn dövr populyar olmaq üçün çox əlverişlidir. Üstəlik, həftə istənilən əmək fəaliyyəti üçün yararlıdır. Siz köhnə işlərinizi uğurla başa çatdırıb yenilərinə start verəcəksiniz. Qarşıdan gələn günlərin yekunu cəmiyyətdə qazandığınız gurultulu müvəffəqiyyət olacaqdır.ƏQRƏBLƏRİNhəm tərəfdaşlarla, həm də rəhbərliklə münasibətləri əladır. Ulduzlar sizə vaxtında qərar qəbul etmək şərti ilə maddi sabitlik və yaxşı gəlir vəd edir. Bu həftə, həmçinin təhsil almaq və yeni ictimai işlərə başlamaq üçün əlverişlidir. Sonuncudu əsas rolu məhz siz oynayacaqsınız.OXATANLAR
OXŞAR XƏBƏRLƏR