Kəramət BöyükçölDəyərli dostumuz Qan Turalı haqqında yazım: “Burcutmaq” - Xəbərin var? - Nədən? - Deyirlər, yeni açılan internet saytının rəhbəri Qan Turalı burcudur. - Ayə, yaxşı görüm. - Canım üçün elə deyirlər. - Bəs, demirlər niyə burcudur? - O, əvvəl də burcudurdu, amma, az burcudurdu. - Bəs niyə burcutsun görən? - Yuxarıya getmək istəyir. - Elə burda burcutsun də onda. - Burda burcutmağı az adam görür axı. - Yəni, deyirsən, yuxarıda çox adam görür? - Hə. Çox adam görəndə bərk burcudur. - Əvvəllər də burcudurdu, yoxsa təzə başlayıb? - Elə əvvəldən burcudur. - İşlədiyi qəzetdə də burcudurdu? - Hə. - Belə bərk? - Yox. Həftədə bir dəfə. - Yaxşı görək ee. Bəs, qəzetdə nə deyirdilər ona? - Qəzetdə gizli burcudurdu. - Belə əməlli-başlı, hə? - Hə. Lap əməlli-başlı. - Onun burcutduğunu iqtidar bilirdi? - Bəs nə? Hamı bilirdi. - Bəs, onlar nə deyirdi buna? - Nə deyəcək?! Kim ki, burcudur, o saat çəkirlər öz tərəflərinə. - Yaxşı burcudanı iqtidar neyləyir ki? Nəyinə lazımdı? - Heç nə. Nə var ki, burda?! Deyir, indi də bizə burcut. - O da burcudur? - Hə. Özü də bərk burcudur. - Yanındakılar da? - Onlar yavaş-yavaş burcudur. - Niyə yavaş? - Qan Turaldan qorxurlar. Burcutmaq ritmi onundu axı. - Görən burcutmağı kimdən öyrənib? - Heç kimdən. Xasiyyəti belədi. - Onda Qan Turalının günahı yoxdur. - Var. O, çox pis burcudur. - Bunun axırı nə olacaq, görəsən? - İstəsə, düzəldər. Burcutmaz. - Necə? Səncə, bacarar? - Niyə bacarmır? O, bəzi adamları görəndə burcutmur, bəzilərin görəndə dəhşət burcudur. - De, mən ölüm? - Hə. Elə adamlar da var ki, onlar üçün lap qəşəng burcudur. Yəni, hiss olunmur burcutmağı. - Deyirsən, indi o, saytda da burcudur? - Hə. Orda da burcudur. - Hmmm. Belə de. Orda möhkəm burcudur? - Elə də bərk yox. Bir balaca burcudur. - Bəs bu burcutmağa ictimai təşkilatlar nə deyirlər? - Nə deyəcək? Onlar da burcudur. - Bəs beynəlxalq təşkilatlar? - Elə onlar da. - Bəs, ATƏT? - O da. - BMT necə? - O da.P.S. AZXEBER.COM portalı qarşı tərəfin fikrini yayımlamağa hazırdır