Bütün biletləri satılan Miri Yusifdən şad xəbər - Yeni biletlər satışa çıxarıldı

Bütün biletləri satılan Miri Yusifdən şad xəbər - Yeni biletlər satışa çıxarıldı
MAQAZİN
15:45 11.07.2024
386
Konsertləri daim coşğu və anşlaqla keçən Xalq artisti Miri Yusif 12-13-14 iyulda Yaşıl Teatrda  baş tutacaq konserti üçün maraqlı addım atıb. 

AZXEBER.COM xəbər verir ki, 12 iyul günü üçün artıq konsert biletləri bitib.
 
13-14 iyul üçün konsertdə oturacaq yerlərin biletləri az sayda qaldığına görə artıq ayaqüstü zonanın biletləri də satışa çıxarılıb. 
 
Sevənlərinə maraqlı və əyləncəli gecə vəd edən Xalq artistini izləmək istəyənlər biletləri iticket.az saytından və kassalardan əldə edə bilərlər.
 
Onu da qeyd edək ki, konsertdən iki saat öncə fan zona qurulacaq və sözügedən biletləri əldə edənlər fan zonada əylənə biləcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR