'Bütün bunlar prezident İlham Əliyevin son 10 ildə gördüyü işlərin məntiqi yekunudur'

SİYASƏT
16:40 10.10.2013
2008

“Etiraf etmək lazımdır ki, dünən seçkilərə çox böyük maraq var idi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Rafael Hüseynov söyləyib. Millət vəkili, dünən keçirilən seçkiləri yüksək qiymətləndirib:

“Mən bu seçkilərdə həm səlahiyyətli nümayəndə kimi, həm də müşahidəçi kimi iştirak eləmişəm. O mənada ki, seçki prosesin əvvəldən sona kimi bütün Azərbaycan üzrə izləmək imkanım olub. Ona görə də dünənki seçkiləri mən 1993-cü ilin, 1998 -ci ilin, 2003- cü ilin, 2008 - ci ilin seçkiləri ilə müqayisə edəndə çox böyük inkişafın olduğunun şahidi oluram”.

R.Hüseynov dünən keçirilən prezident seçkilərinin bütün beynəlxalq tələblərə cavab verdiyini bildirib:   

“Mən son 13 ildə AŞPA-nın xətti ilə bir sıra Avropa ölkələrində keçirilən həm parlament seçkilərində, həm də prezident seçkilərində Avropa Şurasının müşahidəçisi olaraq izləmişəm. Ona görə də mənim Azərbaycan seçkilərini yalnız özümün arxada qalan təcrübələrimlə deyil, həm də Avropanın ayrı-ayrı ölkələrindəki nəzərnən tutuşdurmaq imkanım var”.

Deputatın sözlərinə görə, seçkilərdə xalq arxada qalan 10 ildə prezident İlham Əliyevin gördüyü işləri, onu yenidən seçməklə qiymətləndirib:

“Bu  dəfəki prezidet seçkiləri Azərbaycanda arxada qalan illərdə keçirilmiş seçkilərin hamısından nümunəviliyi ilə seçilirdi. Etiraf etmək lazımdır ki, dünən seçkilərə çox böyük maraq var idi. Həmin gün mən müxtəlif rayonlarda seçki məntəqələri ilə əlaqə saxladım. Hər yerdə eyni mütəşəkkillik hiss olunurdu. Və bunun da səbəbi təsadüfi deyil. Arxada qalan 10 ildə prezident İlham Əliyev gördüyü işlərlə, Azərbaycan xalqının rifahını yüksəltməklə və Azərbaycanın dünyada nüfuzunu yüksəltməklə insanların inamını, məhəbbətini qazana bilib. Və ən müxtəlif təsəvvürləri olan insanlar böyük sevinclə seçki anlayışının  mahiyyətini dərk edərək məntəqələrə gəlirdilər. Yadınıza salım ki, 5 il əvvəlki məntəqələrlə, 10 il əvvəlki məntəqələrnən müqyisə edəndə görürsən ki elə bil indi seçki məntəqəsinə deyil saraylara gəlmisən.

Bütün bunlar prezident İlham Əliyevin son 10 ildə gördüyü işlərin məntiqi yekunudur. Ona görə də digər namizədlərlə müqayisədə prezident İlham Əliyevin topladığı səslərin miqdarı rəqiblərindən 10 dəfədən də çoxdur”.

Xatırladaq ki, dünən keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 84,59 faizləyenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb