“Etiraf etmək lazımdır ki, dünən seçkilərə çox böyük maraq var idi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Rafael Hüseynov söyləyib. Millət vəkili, dünən keçirilən seçkiləri yüksək qiymətləndirib:
“Mən bu seçkilərdə həm səlahiyyətli nümayəndə kimi, həm də müşahidəçi kimi iştirak eləmişəm. O mənada ki, seçki prosesin əvvəldən sona kimi bütün Azərbaycan üzrə izləmək imkanım olub. Ona görə də dünənki seçkiləri mən 1993-cü ilin, 1998 -ci ilin, 2003- cü ilin, 2008 - ci ilin seçkiləri ilə müqayisə edəndə çox böyük inkişafın olduğunun şahidi oluram”.
R.Hüseynov dünən keçirilən prezident seçkilərinin bütün beynəlxalq tələblərə cavab verdiyini bildirib:
“Mən son 13 ildə AŞPA-nın xətti ilə bir sıra Avropa ölkələrində keçirilən həm parlament seçkilərində, həm də prezident seçkilərində Avropa Şurasının müşahidəçisi olaraq izləmişəm. Ona görə də mənim Azərbaycan seçkilərini yalnız özümün arxada qalan təcrübələrimlə deyil, həm də Avropanın ayrı-ayrı ölkələrindəki nəzərnən tutuşdurmaq imkanım var”.
Deputatın sözlərinə görə, seçkilərdə xalq arxada qalan 10 ildə prezident İlham Əliyevin gördüyü işləri, onu yenidən seçməklə qiymətləndirib:
“Bu dəfəki prezidet seçkiləri Azərbaycanda arxada qalan illərdə keçirilmiş seçkilərin hamısından nümunəviliyi ilə seçilirdi. Etiraf etmək lazımdır ki, dünən seçkilərə çox böyük maraq var idi. Həmin gün mən müxtəlif rayonlarda seçki məntəqələri ilə əlaqə saxladım. Hər yerdə eyni mütəşəkkillik hiss olunurdu. Və bunun da səbəbi təsadüfi deyil. Arxada qalan 10 ildə prezident İlham Əliyev gördüyü işlərlə, Azərbaycan xalqının rifahını yüksəltməklə və Azərbaycanın dünyada nüfuzunu yüksəltməklə insanların inamını, məhəbbətini qazana bilib. Və ən müxtəlif təsəvvürləri olan insanlar böyük sevinclə seçki anlayışının mahiyyətini dərk edərək məntəqələrə gəlirdilər. Yadınıza salım ki, 5 il əvvəlki məntəqələrlə, 10 il əvvəlki məntəqələrnən müqyisə edəndə görürsən ki elə bil indi seçki məntəqəsinə deyil saraylara gəlmisən.
Bütün bunlar prezident İlham Əliyevin son 10 ildə gördüyü işlərin məntiqi yekunudur. Ona görə də digər namizədlərlə müqayisədə prezident İlham Əliyevin topladığı səslərin miqdarı rəqiblərindən 10 dəfədən də çoxdur”.
Xatırladaq ki, dünən keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 84,59 faizləyenidən Azərbaycan Respublikasının prezidenti seçilib.
Əfsələddin Ağalarov