"Bütün qadınlar ölümə layiqdir" – Xalası qızını bıçaqlayan oğlan - YENİLƏNİB

"Bütün qadınlar ölümə layiqdir" – Xalası qızını bıçaqlayan oğlan - YENİLƏNİB
Bütün Xəbərlər
12:04 22.01.2015
4370
14 yaşlı qız Almaz müqavimət göstərib...
12:20
Bakıda ismət və həyanı unudan şəxs həyatın nemət olduğunu da başqasına unutdurmağa çalışaraq qatillik etmək istədi. Məktəbli qızcığaz namusunu qorumaq üçün hər şey etdi, bədənini əxlaqı üçün sipər etdi. Həmin adam şikar seçdiyi məktəbli qızın namusunu ləkələyə bilməsə də, bədənini zədələdi.
Söhbət açdığımız hadisə ötən gün Bakının Suraxanı rayonunda olub. Hadisə barədə mətbuatda qısa məlumat getsə də, əsl səbəbləri Milli.Az araşdırıb. Yeni Suraxanı qəsəbəsində yaşayan 14 yaşlı Almaz Musayeva yaşadığı evdən qan içərisində 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Onun həyatını həkimlər xilas ediblər. Qızı polis əməkdaşları dindirəndən sonra onun həyatı bahasına namusunu qoruduğu məlum olub. A.Musayeva deyib ki, xalası oğlu onu yaşadığı evdə zorlamaq istəyib. Özünü qorumaq üçün xeyli çarpışıb, amma sonda ehtirasını cilovlaya bilməyən xalaoğlu bıçaqla bədənini yaralayıb. Məsələ ilə bağlı Suraxanı Polis İdarəsindən Milli.Az-a bildirildi ki, cinayətdə şübhəli bilinən şəxs artıq saxlanılıb. A.Musayevanın dedikləri öz təsdiqini tapıb. Polis zəruri istintaq hərəkətləri apardığından oğlanın adı açıqlanmır.
Onu da əlavə edək ki, A.Musayeva Suraxanı rayonu, 85 saylı orta məktəbin şagirdidir.
12:04
Dünən axşam saatlarında Suraxanı rayonunda 14 yaşlı qıza üç bıçaq zərbəsi vurulub.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Yerli sakin 2000-ci il təvəllüdlü Musayeva Almaz Rövşən qızı, üç dəlik bıçaq yarası ilə şəhər kliniki xəstəxanasına yatırılıb.
İstintaq zamanı əməliyyatçılar qızın xalası oğlu 1990-cı il təvəllüdlü Nəcəfov Teymur Məmməd oğlunun izinə düşüblər. M.Nəcəfov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs polislərə bütün qadınların ölümə layiq olduqlarını bildirib. “Xalan qızına niyə bıçaqla hücum etdin?” sualına cavab verərkən Nəcəfov, bütün qadınlara acıqlı olduğunu bildirib.
Onun sözlərinə görə, o, öz arvadından xəyanət üstündə ayrılıb, sonra isə kinini xalası qızından çıxıb. Amma istintaq orqanları baş verənlərin əsas səbəbini araşdırmaqda davam edirlər, çünki saxlanılan şəxsin əlaqəsiz nitqi onlara inandırıcı gəlmir.
Məlumata əsasən Nəcəfovun azyaşlı övladı var.
Ağır bədən xəsarəti yetirmə faktı üzrə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR