Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə həmin dövrdə güclü dövlət deyildi.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır.