‘Bütün sürücülərdən 40 manat alıb buraxdılar’ - - Növbəti evakuator biabırçılığı

‘Bütün sürücülərdən 40 manat alıb buraxdılar’ - -  Növbəti evakuator biabırçılığı
Bütün Xəbərlər
11:20 19.06.2014
1167
Vəkil Anar Qasımlı cərimə meydançasına aparılan maşına görə ondan qanunsuz 40 manat tələb olunduğu ilə bağlı məlumat paylaşıb. AZXEBER.COM xəbər verir ki, vəkil bu barədə sosial şəbəkədə məlumat yazıb:

"Dünən Kraliçanın ad günündən çıxandan sonra məlum oldu ki, polis maşınımı cərimə meydançasına aparıb. Getdim Cavanşir körpüsünün yanındakı yerləşən o məhşur yerə. İçəri (xidməti otağa) keçmək istəyirdim ki, "içəridə adam var, növbəyə durun" nidasını eşitdim. Sən demə qapının ağzında dayananlar növbə gözləyirmiş. Görəcək günlərimiz varmış, cərimə ödəmək üçün də növbəyə durmalıymışıq. 

Əvvəlcə öz-özümə deyindim ki, niyə bura bir neçə əməkdaş qoymurlar ki, camaat cəriməsini növbəsiz ödəyib getsin. Lakin içəri keçəndən sonra bəlli oldu ki, lap 10 nəfər əməkdaş da cəlb eləsələr növbə olacaq, çünki içəri bir-bir buraxırlar. Bunun da bəlli səbəbi varmış. 

İçəri keçib sənədlərimi təqdim etdim. Ətrafdakı polis serjantlarının "komandir" deyə müraciət etdikləri mülki geyimli şəxs bidirdi ki, 40 manat cərimə ödəməliyəm, açıq-aşkar dedi ki, 40 manat ödəyin. Mən də dedim ki, protokol yazın, mənim hüququm var ki, ay ərzində cəriməni ödəyim. "Komandir" dirəşd ki, cəriməni ödəmədən maşını buraxmayacaq.

Dedim qanun var, qayda var, məcəllə var, mənim hüquqlarım var, sənin vəzifələri var, gəl atı daşlığa sürmə, yaz protokolu ver maşınımı çıxım gedim. Adam Nuh dedi, Peyğəmbər demədi. Bu arada ətrafdakı serjantlar hansısa qanunun, hansısa maddəsinin qeyd hissəsində hasısa cümləni sarı markerlə rəngləyib mənə sübut etmək istədilər ki, cəriməni ödəməsəm maşını apara bilmərəm. 

Axır onlara vəkil olduğumu bildirdim və bir az qanun dərsi keçdim. Qardaşlar, dərhal valı dəyişdilər. "Rəis, bəlkə pulu yoxdur, yaz getsin", "Rəis, güzəşt elə getsin" nəqarətli mahnılar oxumağa başladılar. Əlimi atdım cibimə pulumu çıxartdım, dedim, cərimə ödəməyə pulum var, amma sizə ödəməyəcəm, qanuni şəkildə dövlət büdcəsinə ödəyəcəm. Nə isə, nəqliyyat vasitəsinin evakuatorda gətirilməsinə görə 20 manat ödəyib, qəbzi aldım, protokol yazdırdım, maşınımı götürüb çıxdım.

Mən orda olduğum, daha doğrusu cərimə olunmaq hüququm uğrunda mübarizə etdiyim müddətdə içəri bir neçə sürücü gəldi və hamısından 40 manat alıb buraxdılar. Heç birinə protokol yazılmadı, qəbz verilmədi".

OXŞAR XƏBƏRLƏR