Səudiyyə Ərəbistanının infrastrukturuna endirilən zərbələr qlobal miqyasda mənfi nəticələrə səbəb ola bilər.
Bu barədə "TASS” Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyevaya istinadən xəbər verir.
"İnsan tələfatı və baş vermiş faciələrlə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının xalqına və rəhbərliyinə dərin hüznlə başsağlığı vermək istərdim. Səudiyyə Ərəbistanının iqtisadiyyatı həm region, həm də bütün dünya üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də baş vermiş hadisələr istisnasız olaraq hər kəs üçün mənfi nəticələrə səbəb ola bilər”, - deyə o, Banqkokda keçirilən BVF və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası çərçivəsində təşkil olunan brifinqdə bildirib.
Qeyd olunur ki, oktyabrın 10-da Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına edilən hücum nəticəsində azı 12 nəfərin həlak olduğunu, 309 nəfərin isə yaralandığını açıqlayıb. Oktyabrın 11-də qurum yeni hücum barədə məlumat yayıb. Həmin hücum nəticəsində də bir neçə nəfər xəsarət alıb.
Bildirilir ki,Yəmənin "Ənsar Allah” hərəkatı isə oktyabrın 11-də 24 saat ərzində ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb.
///apa.az///











































