Böyük Bakının Regional İnkişaf Planı hökumətə təqdim olunub

Böyük Bakının Regional İnkişaf Planı hökumətə təqdim olunub
Bütün Xəbərlər
13:26 08.11.2013
791

2030-cu ilədək olan dövrdə Böyük Bakının Regional İnkişaf  Planı bütün nazirliklərlə razılaşdırılaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. 

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, iş faktiki olaraq başa çatıb: "Layihənin müzakirəsi barədə qərar qəbul olunan kimi biz təqdimat keçirəcəyik və bundan sonra hökumət layihənin reallaşdırılması barədə qərar qəbul edəcək. Əgər NK layihəni qənaətbəxş hesab edərsə, onda artıq bir neçə aydan sonra layihə icra hakimiyyətlərinə təhvil verilməsi üçün hazırlanacaq, çünki layihənin əsas benefisiarları Bakının, Sumqayıtın və Abşeron rayonunun yerli icra hakimiyyətləridir".

OXŞAR XƏBƏRLƏR