Böyük Britaniya parlamentinin iki üzvü Dağlıq Qarabağa qanunsuz səfər edib

SİYASƏT
12:20 19.09.2013
1197
Böyük Britaniya parlamentinin iki üzvü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Bu barədə Ermənistanın “Lragir” qəzeti məlumat yayıb.

Böyük Britaniya - Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü olan Stiven Paund və Con Uitinqdeyl sentyabrın 18-də separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövcud vəziyyət və regionla bağlı müxtəlif məsələlər müzakirə olunub.//apa

OXŞAR XƏBƏRLƏR