Böyük Britaniya parlamentinin iki üzvü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Bu barədə Ermənistanın “Lragir” qəzeti məlumat yayıb.
Böyük Britaniya - Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü olan Stiven Paund və Con Uitinqdeyl sentyabrın 18-də separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövcud vəziyyət və regionla bağlı müxtəlif məsələlər müzakirə olunub.//apa