Böyük Britaniyada 'Birlik' qəzetinin ilk sayı işıq üzü gördü

Böyük Britaniyada
MEDIA
14:26 25.02.2013
1116
Böyük Britaniya ali məktəblərində oxuyan tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətirilən azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti “Birliy”in ilk nömrəsi fevralın 14-də çap edildi.Baş redaktor Səməd Səfərovun AZXEBER.COM-a bildirdiyinə görə, 500 tirajla dərc edilmiş qəzetin bütün nömrələri bir həftə ərzində London Siti, Vestminister, Mançester, Nyukasl, Aberdin və digər universitetlər də daxil olmaqla Böyük Britaniyanın müxtəlif bölgələrindəki 25 ali məktəbə paylanılıb.“Birlik” qəzetinin ilk nömrəsinin səhifələrində “Xarici pasportu itirdikdə nə etməli?”, “Britaniya xalqlarının mənşəyi”, “Britaniyada sürücülük vəsiqəsi”, “Ah, bu çətin qürbət həyatı”, “Tələbənin mətbəx gündəliyi” və s. adlarda məqalələr dərc edilmişdir. Uels Universitetinin məzunu Soltan Bayramov “Xaricdə təhsil və gələcək karyera qayğıları” məqaləsində təhsildən sonra tələbələrin qısamüddətli Britaniyada qalıb işləmək və ya birbaşa Azərbaycana qayıtmaq seçimlərini müzakirə etmişdir. Mançester Universitetinin tələbəsi Ziya Qafarlı “Novruz bayramı tədbirinin təşkili üzrə məsləhətlər” məqaləsində isə gələn ay bayram münasibəti ilə mədəniyyət tədbiri təşkil etməyi arzulayan tələbələr üçün dəyərli məlumatları bölüşmüşdür. London Siti Universitetinin məzunu Aynur İsparova isə “Tələbəlik həyatımdan bir tarixçə” məqaləsində tələbə ikən universitetində öz rəhbərliyi ilə Azərbaycan Tələbə Cəmiyyətinin əsasının qoyulması tarixçəsini təsvir edib.Xatırladaq ki, qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, tələbələrin həyatını işıqlandırmaq, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır. Qəzetin növbəti sayı mart ayının sonuna nəzərdə tutulub. Layihə barədə əlavə məlumat üçün saytı ziyarət edə bilərsiniz:www.birlik.co.uk
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu