Böyük Britaniyada karantinə qarşı məhkəmə iddiası qaldırılacaq

Böyük Britaniyada karantinə qarşı məhkəmə iddiası qaldırılacaq
DÜNYA
19:30 08.06.2020
1019

Böyük Britaniya hökumətinə qarşı bir sıra təyyarə şirkətləri tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətləri təxirə salmaq üçün məhkəmə iddiası hazırlanır.

AZXEBER.COM  "The Telegraph”a istinadən xəbər verir ki, həmin şirkətlərdən birinin əməkdaşı məsələnin həftə ərzində həllini tapacağına ümidvar olduqlarını bildirib:

 

"Daxili İşlər Nazirliyinin əlində müdafiə olunmaq üçün hər hansı vasitə görmürük. Bu karantinin səmərəli olduğunu, yaxud hər hansı elmi təmələ əsaslandığını sübut edə bilməzlər”.

Təyyarə şirkətlərinin rəhbərləri ölkəyə girişə dair mövcud məhdudiyyətləri yerli turizm sektoruna ziyan vuran, milyonlarla iş yerinin bağlanacağına gətirib çıxara biləcək məntiqdən uzaq bir addım görürlər.

OXŞAR XƏBƏRLƏR