Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Bakıda yol qəzasına düşdü

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Bakıda yol qəzasına düşdü
Bütün Xəbərlər
16:05 28.09.2012
1026
Böyük Britaniyannın Azərbaycandakı səfirinin müavini Bakıda yol qəzasına düşüb. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə dünən Azadlıq prospekti, 1 ünvanında qeydə alınıb.Səfirin müavini 45 yaşlı Adrian Leenin idarə etdiyi “Hyundai” markalı, SFR D 00513 dövlət nömrə nişanlı avtomobil, 25 yaşlı Vaqif Hüseynovun idarə etdiyi eyni markalı maşınla toqquşub.Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisənin hansı sürücünün günahı ucbatından baş verməsi məlum deyil.Məsələ ilə bağlı səfirlikdən münasibət öyrənmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR