‘Böyük Buluşma’ olacaq

‘Böyük Buluşma’ olacaq
DÜNYA
11:40 28.03.2012
2270

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu axşam Seuldan Tehrana yola düşəcək.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Ərdoğan sabah İran prezidenti Mahmud Əhmədinejatla görüşəcək.

Baş nazir İranın vitse-prezidenti Məhəmməd Rza Rahimi və İslam Məşvərət Məclisinin rəhbəri Əli Laricani başda olmaqla başqa ikitərəfli görüşlər də keçirəcək.

Görüşdə Türkiyə-İran münasibətlərilə yanaşı başda Suriyadakı proseslər olmaqla regional və beynəlxalq məsələlər də müzakirə ediləcək.

Ərdoğan səfər çərçivəsində Tehranda Yunis Əmrə Mədəniyyət Mərkəzinin açılışını da edəcək.

OXŞAR XƏBƏRLƏR