Novruz bayramı ilə əlaqədar imzalanacaq əfv sərəncamı 150 nəfərə yaxın məhbusa şamil olunacaq.
Bu barədə açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid bildirib. Onun sözlərinə görə, siyahı artıq hazırdır və o baxılması üçün Prezident Aparatına göndərilib. R.Məcid əfv sərəncamının Novruz bayramına kimi imzalanacağını vurğulayıb.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Əfv Komissiyasına 400-dən çox müraciət daxil olub.
Xatırladaq ki, sonuncu dəfə əfv fərmanı 2015-ci ilin dekabr ayında, Yeni il bayramı ilə əlaqədar imzalanıb. Sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.
///AzNews.az