“Müraciətimizə siyasi məhbuslar daxildir”.
28 May Respublika Günü yaxınlaşdıqca əfv sərəncamının imzalanma ehtimalı gerçəyə yaxınlaşır. Beləliklə, hüquq müdafiəçilərinin bir müddət əvvəl verdiyi proqnoz özünü doğrultmaqdadır.
AZXEBER.COM xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlunun Modern.az-a verdiyi məlumata görə, əfv sərəncamı bu gün və ya sabah imzalana bilər.
“Biz də gözləyirik. Artıq müraciətlərimizi etmişik. Müraciətimizə siyasi məhbuslar daxildir. Siyahıya “OMON”dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, “NİDA”çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahısına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun”, - deyə Novella Cəfəroğlu bildirib.