Azərbaycanda üç gün əvvəl evlənən cütlük dəm qazından boğularaq ölüb.
Daxili işlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonunun Moskva prospekti 82, mənzil 33 ünvanında yaşayan 25 yaşlı İbrahim Dəyanət oğlu Şabanov və onun həyat yoldaşı, 18 yaşlı Şəhla İlqar qızı Hacıyeva dəm qazından boğularaq dünyasını dəyişiblər.